Polis etirazçıların mühasirəsində

Your browser doesn’t support HTML5

Müxalifət fəalları Kiyev məhkəməsi qarşısında «Berkut» polis alayının avtobuslarını mühasirə alıblar. Onlar xüsusi təyinatlılardan maskalarını çıxararaq vəsiqələrini göstərmələrini tələb ediblər. Etiraz sonradan qarşıdurmaya çevrilib. Yanvarın 10-da Kiyev məhkəməsi Leninin heykəlini partlatmaq cəhdində təqsirləndirilən 3 adama 6 il iş kəsib.